Boyun ağrısı niyə olur?
Boyun ağrısı uzun müddət yanlış vəziyyətdə oturmaq, stress, əzələ gərginliyi, duruş pozğunluğu və onurğa problemləri ilə əlaqəli ola bilər. Ağrı ilə yanaşı çiyinlərə və qollara yayılan narahatlıq, hərəkət məhdudiyyəti və baş ağrıları da müşahidə oluna bilər.
Ağrı təkrarlanır və gündəlik həyata təsir edirsə, səbəbini müəyyənləşdirmək üçün mütəxəssis müayinəsi vacibdir.
«Text neck» nədir?
Gün ərzində saatlarla telefona baxmaq boyun onurğasına düşən yükü ciddi şəkildə artırır. «Text neck» sindromu zamanla boyun düzləşməsinə və fəqərəarası yırtıqlara səbəb ola bilər.
Nə etmək lazımdır?
- Telefonu göz bərabərliyində tutun.
- Hər 30 dəqiqədən bir boyun hərəkətləri edin.
- Düzgün duruş vərdişlərinə riayət edin.
Ağrılar xroniki hala keçibsə, peşəkar fizioterapiya dəstəyi almağın vaxtıdır.
Əllərdə keyimə də varsa?
Əllərdə keyimə, boyun və çiyin ağrıları bəzən boyun və çiyin arasındakı sinir və damarların sıxılması — TOS sindromu — ilə əlaqəli ola bilər. Ətraflı: Sinir sıxılması və neyropatiyalar.
Müalicə üsulları: Manual terapiya, Nöral terapiya və quru iynələmə.