Fiziki müalicə və reabilitasiya · Bakı
Uzm. Dr. Ağalar CavadovFiziki müalicə və reabilitasiya üzrə uzman həkim
Ağrı, hərəkət məhdudiyyəti və əməliyyatdan sonrakı bərpa — hər üçü düzgün qiymətləndirmə ilə başlayır. İstanbul Universiteti İstanbul Tibb Fakültəsində ixtisaslaşıb, Bakıda Baku Medical Plaza Babək filialının Fizioterapiya və Reabilitasiya şöbəsinə rəhbərlik edir.
Həftəiçi 10:00–17:00 · Şənbə 10:00–14:00
- 2013–2017İstanbul Universiteti İstanbul Tibb Fakültəsi — fiziki tibb və reabilitasiya ixtisası
- 2021Pain Physician jurnalında randomizə kontrollu araşdırma
- 8peşəkar tibb dərnəyində üzvlük
- 4dildə ünsiyyət: Azərbaycan, türk, rus, ingilis
Yanaşma
Hər müalicə planı ayrıca qurulur
Sümük, əzələ, oynaq və sinir sistemi xəstəliklərinin diaqnostikası, müalicəsi və reabilitasiyası. Eyni simptom fərqli insanlarda fərqli səbəbdən yarana bilər — ona görə də hazır şablon proqram tətbiq olunmur.
- 01
Qiymətləndirmə
Müayinədə şikayətlər, mövcud xəstəliklər, keçirilmiş əməliyyatlar, yaş və ümumi fiziki vəziyyət ətraflı qiymətləndirilir.
- 02
Fərdi plan
Fizioterapiya prosedurları xəstənin klinik vəziyyətinə uyğun seçilir, əks göstərişlər nəzərə alınır.
- 03
İzləmə və yeniləmə
Müalicə prosesi mütəmadi izlənilir və ehtiyac olduqda proqram yenilənir.
İstiqamətlər
Nə ilə məşğuluq
Onurğa və bel-boyun problemləri
Bel və boyun yırtıqları, protruziya, osteoxondroz, skolioz, kifoz, duruş pozğunluqları, faset oynağı sindromu.
ƏtraflıOynaq ağrıları və oynaqdaxili müdaxilələr
Diz, çiyin və omba oynağı problemləri. Hialuron turşusu, steroid, PRP və ekzosom inyeksiyaları — ultrasəs müşayiəti ilə.
ƏtraflıManual terapiya
Cihaz və dərman istifadə etmədən, yalnız manual terapiya təhsili almış mütəxəssisin əlləri ilə icra olunan müalicə üsulu.
ƏtraflıNevroloji reabilitasiya
İnsult sonrası, travmatik beyin və onurğa beyni zədələnmələri, Dağınıq Skleroz, Parkinson xəstəliyi, Giyen-Barre sindromu, üz iflici.
ƏtraflıUşaq reabilitasiyası
Serebral iflic, neyromuskulyar xəstəliklər, duruş pozğunluqları və yastıpəncəlik.
ƏtraflıƏməliyyatdan sonrakı bərpa
Əməliyyat müalicənin sonu deyil — bərpa prosesinin başlanğıcıdır. Mərhələli, fərdi planlanmış reabilitasiya.
ƏtraflıEtibar
Təhsil, elm və klinik təcrübə
Fiziki tibb və reabilitasiya ixtisası, beynəlxalq elmi nəşr, akademik fəaliyyət və peşəkar üzvlüklər.
Həkim haqqında- 01
İstanbul Universiteti təhsili
Fiziki Tibb və Reabilitasiya ixtisası İstanbul Universiteti İstanbul Tibb Fakültəsində (2013–2017) alınıb.
- 02
Beynəlxalq elmi nəşr
Manual terapiyanın sakroiliak oynaq disfunksiyasındakı effektivliyinə dair randomizə kontrollu araşdırma Pain Physician jurnalında dərc olunub (2021).
- 03
Akademik fəaliyyət
İstanbul Atlas Universiteti Xəstəxanasında Doktor Öğretim Üyesi; tibb fakültəsi tələbələrinə mühazirələr.
- 04
Həkim fizioterapevt, fizioterapist deyil
Təməl tibb təhsilini (MD) tamamladıqdan sonra rezidentura ilə qazanılan həkimlik ixtisasıdır — diaqnoz qoymaq, inyeksiya etmək və manipulyasiya tətbiq etmək səlahiyyəti buradan gəlir.
- 05
8 peşəkar dərnəkdə üzvlük
Manual tibb, nöral terapiya, mezoterapiya, auriküloterapiya və fiziki tibb sahələri üzrə.
Biz yalnız simptomları — ağrını — kəsmirik; ağrını yaradan səbəbi tapıb onu müalicə edirik.
Bloq
Faydalı məqalələr
Fizioterapiya nədir və sağalma prosesində rolu nədən ibarətdir?
Fizioterapiya hansı hallarda kömək edir, üstünlükləri və fərdi yanaşmanın əhəmiyyəti.
Fizioterapevt həkim ilə fizioterapist arasındakı fərq nədir?
Təhsil, səlahiyyətlər və manual terapiyada rol — iki peşə arasındakı fərq.
Yanlış oturuş: onurğanızın səssiz düşməni
Diqqət edilməli siqnallar, düzgün oturuşun üç sadə qaydası və telefon vərdişləri.
Qəbul
Baku Medical Plaza, Babək filialı
Ünvan
Baku Medical Plaza, Babək filialı
Babək prospekti 92N, Bakı
Qəbul saatları
- Həftəiçi
- 10:00–17:00
- Şənbə
- 10:00–14:00