Fibromialgiya nədir?
Fibromialgiya bədənin müxtəlif nahiyələrində yayılmış ağrılar, yorğunluq, yuxu pozğunluğu və gündəlik həyat keyfiyyətinin azalması ilə özünü göstərən xroniki sindromdur.
Necə idarə olunur?
Müntəzəm fiziki aktivlik, stressin idarə olunması, keyfiyyətli yuxu və həkim tövsiyələrinə əməl etmək şikayətlərin azalmasına kömək edə bilər. Lakin hər xəstə fərqlidir və müalicə fərdi planlaşdırılmalıdır.
Erkən diaqnoz və düzgün fizioterapiya yanaşması ilə simptomları azaltmaq mümkündür. Tətbiq olunan üsullar:
- Elektroterapiya
- İdmanla reabilitasiya
- Quru iynələmə
- Nöral terapiya
Miyofasial ağrı sindromu nədir?
Boyun, kürək, bel, çiyin və digər nahiyələrdə keçməyən ağrılar miyofasial ağrı sindromunun əlaməti ola bilər. Əzələlərdə yaranan gizli trigger pointlər həyat keyfiyyətini aşağı salır. Əsas səbəblər uzunmüddətli oturaq həyat, stress və gərginlik, yanlış duruşdur.
Yanaşma: ağrıların səbəbi müəyyən olunur və fərdi müalicə planı hazırlanır — elektroterapiya, fərdi idmanlar, quru iynələmə, trigger point inyeksiyası, zərbə dalğa terapiyası və s.
Uzunmüddətli əzələ-oynaq ağrıları, halsızlıq və ya digər narahatlıqlarınız varsa, səbəbi müəyyənləşdirmək və uyğun müalicə planı üçün mütəxəssisə müraciət etməyiniz tövsiyə olunur. Ətraflı: Nöral terapiya və quru iynələmə.