Tennisçi dirsəyi (lateral epikondilit) nədir?
Dirsəyin xarici hissəsində yaranan ağrı ilə xarakterizə olunan problemdir. Adından fərqli olaraq təkcə tennis oynayanlarda deyil, eyni hərəkətləri tez-tez təkrarlayan hər kəsdə müşahidə oluna bilər.
- Dirsəyin xarici hissəsində ağrı
- Əşyaları tutarkən zəiflik
- Bilək hərəkətlərində narahatlıq və ağrı
Müalicə: elektroterapiya, zərbə dalğa terapiyası (ESWT, FSWT), ehtiyac olarsa ağrı bölgəsinə steroid və ya PRP inyeksiyası.
Qolfçu dirsəyi (medial epikondilit) nədir?
Dirsəyin daxili hissəsində yaranan ağrı ilə xarakterizə olunan problemdir. Adətən əl və biləyin təkrarlanan hərəkətləri nəticəsində vətərlərin zədələnməsi ilə meydana çıxır; dirsəkdə ağrı, əl gücündə zəifləmə və hərəkət zamanı narahatlıq hiss oluna bilər.
Müalicə: zərbə dalğa terapiyası (ESWT, FSWT), dirsəklik, elektroterapiya və idman hərəkətləri, lokal inyeksiyalar (steroid, PRP və s.).
Karpal tunel sindromu nədir?
Karpal tunel sindromu bilək nahiyəsində yerləşən median sinirin sıxılması nəticəsində yaranır. Əl və barmaqlarda keyimə, qarışqa gəzmə hissi, ağrı və zəiflik kimi əlamətlər meydana çıxır. Xüsusilə kompüterlə uzun müddət işləyənlərdə və təkrarlanan əl hərəkətləri edənlərdə rast gəlinir.
Diaqnostika: klinik müayinələrlə yanaşı ən çox istifadə olunan üsullardan biri EMG müayinəsidir.
Müalicə: elektroterapiya üsulları, əzələləri gücləndirən və rahatladan məşqlər, əl istirahət splinti (bilək dəstəyi).
Tenosinovit nədir?
Təkrarlanan hərəkətlər və ya yüklənmə nəticəsində yaranan bu vəziyyət bilək və əl nahiyəsində ağrı, şişkinlik və hərəkət zamanı narahatlıq yaradır. Vaxtında müdaxilə edilmədikdə hərəkət məhdudluğu riski artır; erkən diaqnoz və düzgün fizioterapiya ilə ağrının azalması və daha sürətli bərpa mümkündür.
Ətraflı: Zərbə dalğa terapiyası, Sinir sıxılması və neyropatiyalar.