Uzm. Dr. Ağalar CavadovFiziki müalicə və reabilitasiya

Xəstəliklər

Diz ağrıları

Vaxtında müdaxilə edilməyən diz problemləri zamanla daha ciddi narahatlıqlara səbəb ola bilər.

Uzm. Dr. Ağalar CavadovSon yenilənmə:

Pilləkən qalxarkən diz ağrısı nəyin əlamətidir?

Pilləkən qalxarkən və ya enərkən yaranan diz ağrısı sadəcə yorğunluq əlaməti olmaya bilər. Diz qapağı problemləri, əzələ zəifliyi və ya oynaqla bağlı müxtəlif səbəblər bu ağrıya yol aça bilər.

Diz qapağında ağrı və səs nə deməkdir?

Diz qapağında ağrı, səs gəlməsi və ya hərəkət zamanı narahatlıq gündəlik həyata təsir edə bilər. Diz problemlərini vaxtında qiymətləndirmək və düzgün müalicə planı müəyyənləşdirmək üçün mütəxəssis müayinəsi vacibdir.

Pes anserine bursit nədir?

Dizin iç tərəfində yaranan ağrı, həssaslıq və hərəkət zamanı narahatlıq pes anserine bursitin əlaməti ola bilər. Erkən diaqnoz və düzgün fizioterapiya ilə ağrını azaltmaq və diz hərəkətliliyini bərpa etmək mümkündür.

Qonartroz (diz artrozu) nədir?

Artroz oynaqlardakı qığırdaq toxumasının tədricən yeyilməsi və iltihablanmasıdır. Artroz sadəcə yaşlılıq əlaməti deyil — oturaq iş rejimi, az hərəkətli həyat tərzi və köhnə travmalar nəticəsində gənclər arasında da geniş yayılıb.

Artrozda əməliyyatsız müalicə mümkündürmü?

Əgər oynaq əməliyyat ediləcək səviyyədə deyilsə, idmanla reabilitasiya, elektroterapiya və ya oynaqdaxili inyeksiyalarla müalicə mümkündür. Yanaşma dörd istiqamətdən ibarətdir:

  • Ağrının azaldılması — qığırdaq toxumasındakı iltihabın azaldılması.
  • Əzələ balansı — oynaq ətrafındakı əzələlərin gücləndirilməsi, mexaniki yükün bərabər paylanması.
  • Hərəkət bərpası — məhdudlaşmış hərəkət diapazonunun bərpası.
  • Fərdi yanaşma — hər xəstənin vəziyyətinə uyğun reabilitasiya planı.

Diz Baker kistində və oynaqda maye toplandıqda ultrasəs müşayiəti ilə müdaxilə aparıla bilər. Ətraflı: Oynaqdaxili inyeksiyalar, Artroz sadəcə yaşlılıq deyil.