Həkim fizioterapevt kimdir?
Həkim fizioterapevt — fiziki müalicə və reabilitasiya üzrə uzman həkim — təməl tibb təhsilini (MD) tamamladıqdan sonra internatura və rezidentura yolu ilə ixtisaslaşan həkimdir. Diaqnoz qoymaq, inyeksiya və manipulyasiya tətbiq etmək səlahiyyəti buradan gəlir.
Fizioterapist kimdir?
Fizioterapist bakalavr təhsili olan, magistr və PhD ilə inkişaf edə bilən, lakin həkim olmayan mütəxəssisdir. Həkim nəzarətində müalicə aparır və fizioterapevt həkimlərin dəyərli komanda üzvüdür.
Bu fərq niyə önəmlidir?
Manual terapiyada manipulyasiya — oynağın ani hərəkətlə açılması — yalnız bu təhsili almış həkim tərəfindən icra oluna bilər. Mobilizasiya və əzələ gərmə texnikaları isə fizioterapist tərəfindən də tətbiq edilə bilər. Ətraflı: Manual terapiya.
Hər sahənin öz adı var
Tibbdə hər sahənin öz adı və öz məsuliyyəti var. Fizioterapevt, dietoloq, psixoloq və ya digər mütəxəssislərə öz adları ilə müraciət etmək həm onlara, həm də həkimlik peşəsinə olan hörmətin göstəricisidir.
Etik və əxlaqlı insanların olduğu mühitlərdə bu iki peşə qrupu uyum içində fəaliyyət göstərir.